Dünən AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Budəfəki qərarlar 2024/25 "futbol ili"ndə 2-ci liqada iştirak edə bilmək üçün pley-offda qarşılaşan komandaların oyununu, daha doğrusu, “Hypers” – “Şəfa” matçını əhatə edib. 90+4-cü dəqiqədə meydan sahiblərinin futbolçusu Sirac Məmmədli təcavüzkar davranışa yol verib. Bu üzdən birbaşa qırmızı vərəqə alan oyunçuya 4 matç cəza verilib. 90+5-ci dəqiqədə isə qonaqların futbolçusu Nicat Abbasov Siracın kobud qayda pozuntusunu təkrarlayıb. 4 görüş cəzalanan oyunçu klubuna 300 manat ziyan vurub. Nəticədə mşvsümün əvvəlindən bəri cərimə sanksiyaları üzrə nəzərdə tutulan məbləğ 321 min 740 manata çatıb.
Nicat "Şəfa"ya 300 manat ziyan vurdu
Ölkə futbolu

