Özbəkistanda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət millimiz bu gün ikinci yoxlama oyununa çıxacaq.
"Football-plus.az" xəbər verir ki, U-19 növbəti dəfə Özbəkistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Daşkənd şəhərinin Dustlik viləyətinin eyniadlı stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 15.00-da başlanacaq.
Xatırladaq ki, komandalar arasında oktyabrın 9-da keçirilən ilk matçda 0:0 hesablı heç-heçə qeydə alınıb.