''Trabzonspor'' Saviçin maaşını açıqladı

28.07.2024 15:37 321
Dünya futbolu / Manşet
Xəbər verdiyimiz kimi ''Trabzonspor'' təcrübəli monteneqrolu müdafiəçi Stefan Saviç ilə anlaşma əldə etmişdi.

Son 9 mövsümü ''Atletiko''da keçirən təcrübəli futbolçu son detalları müzakirə etmək üçün Türkiyəyə gəlmişdi.

“Football-plus.az” xəbər verir ki, bu transfer artıq rəsmən açıqlanıb və detallar bəlli olub. Tərəflər üçillik müqaviləyə imza atıblar. Saviçin illik qazancı 2,5 milyon avro təşkil edəcək. Bundan başqa sərbəst futbolçu statusunda gəldiyi üçün ona 500 min avro imza parası ödəniləcək. ''Trabzonspor'' müqaviləyə təzminat maddəsi də saldırıb. Belə ki, Saviçin sərbəst qalma maddəsi 2025/26-da 5 milyon avroya, 2026/27-də 4 milyon avroya bərabər olacaq.

ƏLİ

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul