"Sabah" millinin üzvünü transfer etdi

25.05.2022 19:09 617
Premyer-liqa
“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

"Football-plus.az" xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Tellur Mütəllimov bundan sonra komandanın uğurları üçün çalışacaq. 27 yaşlı futbolçu ilə müqavilənin müddəti 2 ildi.

Tellur karyerası ərzində “Qəbələ” (2016-2018), “Zirə” (2015/16, 2017-2020) və “Sumqayıt” (2020-2022) klublarında çıxış edib.