"Sabah" Şafrankoyla yolları ayırdı

28.05.2026 14:56 12
Ölkə futbolu
“Sabah” hücumçusu Pavol Şafranko ilə yollarını ayırıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Slovakiyalı futbolçu ilə mövsümün sonunda başa çatan müqavilənin müddəti yenilənməyib.

Pavol 2024-cü ildən "Sabah"ın uğurları üçün çalışırdı. O, komandada keçirdiyi 55 oyunda 18 qol vurub, 3 məhsuldar ötürmə edib.

Təcrübəli hücumçu “Sabah”la bir dəfə ölkə çempionu, iki dəfə isə ölkə kubokunun qalibi olub.