"Turan Tovuz" futbolçularını "Qəbələ" və "Kəpəz"ə verdi - rəsmi

12.09.2025 19:51 20
Ölkə futbolu
“Turan Tovuz” 2 futbolçusunu icarəyə verib.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bölgə təmsilçisi Rüfət Əhmədov və Sadiq Şəfiyevin keçidi ilə bağlı “Qəbələ” və “Kəpəz” klubları ilə razılığa gəlib.

Anlaşmaya əsasən, Rüfət “Qəbələ”, Sadiq isə “Kəpəz” klubuna icarəyə verilib. Hər iki futbolçunun icarə müqaviləsinin müddəti bir ildir.