Fransa millisinin qapıçısı Şahruddinə hədiyyə göndərdi

31.05.2026 22:52 25
Ölkə futbolu
“Milan”ın və Fransa millisinin qapıçısı Mayk Menyan “Qarabağ”ın qolkiperi Şahruddin Məhəmmədəliyevə xüsusi hədiyyə göndərib.

"Football-plus.az" xəbər verir ki, bu barədə Şahruddin Məhəmmədəliyev sosial şəbəkə hesabında paylaşım edib.

Təcrübəli qapıçı ona ünvanladığı formasını imzalayaraq üzərinə “Dostum Şahruddin üçün” sözlərini yazıb. Şahruddin hədiyyəni izləyiciləri ilə bölüşüb.