"Qəlbim hər zaman Azərbaycanladı" - Şahruddin Məhəmmədəliyev

19.11.2025 13:06 9
Ölkə futbolu
Şahruddin Məhəmmədəliyev Azərbaycan dilində səlis danışa bilməməsinə görə tənqid olunmasına münasibət bildirib.

"Football-plus.az" xəbər verir ki, "Qarabağ"ın qapıçısı bununla bağlı sosial şəbəkə hesabında paylaşım edərək belə yazıb:
"Allaha həmd olsun ki, mən Azərbaycanda yaşayıram. Qalib bir ölkəni təmsil etdiyim üçün xoşbəxtəm. Dili tam mükəmməl bilməsəm də, qəlbim hər zaman Azərbaycanladı".