UEFA-dan azərbaycanlı referiyə daha bir təyinat

22.10.2024 22:56 291
Ölkə futbolu
Azərbaycanlı FİFA referisi Kamal Umudlu UEFA-dan növbəti dəfə təyinat alıb.

“Football-plus.az” xəbər verir ki, bu barədə UEFA-nın saytı məlumat yayıb. K.Umudlu Gənclər Liqası çərçivəsində "Şaxtyor" - "Yanq Boyz" oyununu idarə edəcək.


Ona yan xətt hakimləri qismində Namik Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər. Dördüncü hakim funksiyasını almaniyalı Patrik Şvenqers yerinə yetirəcək.

Qeyd edək ki, noyabrın 6-da Almaniyanın Helzenkirhen şəhərində keçiriləcək matç Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Xatırladaq ki, K.Umudlu ötən gün 3 oyuna təyinat alıb. O, 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 10-cu qrupunun oyunlarında hakimlər briqadasında yer alacaq.

K.Umudlu oktyabrın 23-də İsveçrə - Moldova matçında dördüncü, oktyabrın 26-da İsveçrə - Monteneqro və oktyabrın 29-da Moldova – Monteneqro görüşlərində baş hakim olacaq.