“Fikirlərimizin üst-üstə düşmədiyi bəzi məqamlar vardı” – klub prezidenti etiraf etdi

8.12.2024 21:29 405
Aktual / Ölkə futbolu
“Hypers Quba” “Dinamo” önündə darmadağın olandan sonra klub rəhbərliyinin baş məşqçi Zaur Hidayətovla yolları ayırdığını xəbər vermişdik. Zaur bəy “Futbol+”ə açıqlamasında rəhbərliklə fikirlərinin üst-üstə düşmədiyini söyləşmişdi.

Görəsən, nədə fikirlər üst-üstə düşməyib? Bundan sonra komandanı kim çalışdıracaq? Bu sualları “Hypers Quba”nın prezidenti Ayaz Abdullayevə ünvanladıq:

“Zaur Hidayətovla yollarımızı qarşılıqlı razılıq əsasında ayırdıq. Bu, hər iki tərəfin yaxşılığı üçün verilmiş qərar idi. Fikirlərimizin üst-üstə düşmədiyi bəzi məqamlar vardı. Lakin bu, peşəkar münasibətlərə xələl gətirmir. Zaur müəllimə gələcək karyerasında uğurlar arzulayırıq. Komandanın gələcəyi ilə bağlı qərarımızı yaxın günlərdə açıqlayacağıq. Hazırda baş məşqçi postu ilə bağlı seçim prosesindəyik. Komandamızı irəli aparacaq ən doğru namizədi müəyyənləşdirmək üçün diqqətlə çalışırıq”.

ƏSƏD SEYİDOV

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul