Rəşad Eyyubov, qələbəni siz qazanmadız, Murad Məmmədov qazandı

20.11.2025 19:54 55
Yazarlar / Manşet
U-21 seçmə oyunda səfərdə Cəbəllütariqə qalib gəldi - 1:0. Oyunda yeganə qolu 54-cü dəqiqədə Murad Məmmədov vurdu.

40 min əhalisi, 6,8 kvadrat kilometr ərazisi olan ölkənin 21 yaşadək futbolçularına bir qolla, barmaqla sayılacaq qədər təhlükəli vəziyyət yaradaraq, son 10-15 dəqiqəni müdafiədə oturaraq qalib gəlirik. Fiasko. Bütün millilərin qapazaltı etdiyi rəqibi zülüm-zillətlə məğlub edirik.

Belə nəticədən, oyundan sonra Rəşad Eyyubov qazandığı 3 xalı necə əlində bayraq edir? Deyir ki, “10 nəfərlə müdafiə olunan bloku yara bildiyimiz üçün sevinirik”. Cənab Eyyubov, siz yarmamısız. Murad fərdi keyfiyyətləri sayəsində rəqibləri keçib və uzaqdan “9-luğ”u dəqiq “nişan alıb”. Burda Rəşad Eyyubov işi yox, Murad Məmmədov keyfiyyəti ön plandadı.

Bundan sonra nə olacaq, necə olacaq… Demək Çətindi. 21-lər, 19-lar, 17-lər belə olandan sonra əsas millidən nə gözləyək? Bunlar da böyüyəndən sonra əsas millinin şərəfini qoruyacaq.

MÜZƏFFƏR QULUZADƏ

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul