Təmkin baxımlı qol vurdu, millimiz qalib gəldi - VİDEO

30.10.2023 11:34 201
Yığma
Minifutbol üzrə millimiz BƏƏ-nin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında növbəti qələbəsini qazanıb.

"Football-plus.az" xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi kollektiv Misirlə qarşılaşıb.

Görüş millimizin 4:1 hesablı qələbəsi ilə başa çatıb. Qolları Rəvan Kərimov (2), Seymur Məmmədov və Təmkin Xəlilzadə vurublar.

Aktivindəki xallarının sayını 6-ya çatdıran yığmamız qrup birinciliyini təmin edərək 1/8 finala vəsiqə qazanıb.

Millimiz qrupdakı sonuncu görüşünü sabah Küveytə qarşı keçirəcək.