Millimiz pley-offda!

3.06.2024 20:00 165
Yığma / Manşet
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda minifutbol üzrə Avropa çempionatı davam edir.

“Football-plus.az” xəbər verir ki, millimiz ikinci görüşünə çıxıb. Yığmamız İtaliya seçməsi ilə qarşılaşıb. Komandamız əzmkarlıq nümayiş etdirib. 2:1 hesabı ilə qalib gələn yığmamız vahid lider edib. Bu nəticədən sonra komandamız pley-offa vəsiqəni təmin edib.

F qrupun digər matçında isə Fransa Belçika ilə qarşılaşıb. Oyun 3:3 hesabı ilə yekunlaşıb.

Avropa çempionatı
F qrupu
Azərbaycan – İtaliya - 2:1
Rəvan Kərimov, 20, Mirmehdi Rzayev, 45 - Vasçello, 18