“Liverpul” azarkeşlərini mövsümün sonunda da məyus edir.
"Football-plus.az" xəbər verir ki, komanda İngiltərə premyer-liqasının 37-ci turunda “Aston Villa”ya 2:4 hesabı ilə məğlub olub. Bu, “Liverpul”un cari mövsümdə bütün yarışlarda 20-ci məğlubiyyətidi. Beləliklə, baş məşqçi Arne Slot klub tarixində 20 və ya daha çox matçda uduzan ilk mütəxəssis olub. Bu planda ən pis nəticə həm 2004/05, həm də 2009/10 mövsümlərində “Liverpul”la 19 matçda məğlub olan Rafael Benitesə məxsus idi.
İngiltərənin son çempionu olan “Liverpul” cari mövsümdə premyer-liqada 12, Çempionlar Liqasında 5, İngiltərə kuboku və İngiltərə Liqa Kubokunda 1 dəfə uduzub.