"Lerik" 2-ci liqada qala biləcəkmi?

29.05.2025 12:32 33
Ölkə futbolu
Bu gün 2-ci liqaya vəsiqə uğrunda pley-off qarşılaşması keçiriləcək.

"Football-plus.az" xəbər verir ki, 2-ci liqada 13-cü pilləni tutan "Lerik" AFFA Region Liqasının finalçısı "Şirvan"la qarşılaşacaq.

"ASCO Arena"da keçiriləcək bu matçda qalib gələcək komanda növbəti mövsüm 2-ci liqada mübarizə aparacaq. Məğlub olan komanda isə Region Liqasında iştirak edəcək.

Saat 16.00-da başlayacaq oyunu FİFA referisi Əliyar Ağayev idarə edəcək.