“Napoli”dən ayrılan Antonio Konte karyerasını vətənində davam etdirə bilər.
"Football-plus.az" xəbər verir ki, “Milan” rəhbərliyi onu baş məşqçi vəzifəsinə gətirmək üçün fəal şəkildə çalışır. İtaliya nəhəngi uğursuz mövsümdən sonra layihəni tamamilə yeniləmək üçün əsas namizəd kimi məhz Konteni görür.
Klub Çempionlar Liqasına vəsiqə qazana bilmədiyi üçün Massimiliano Alleqrini istefaya göndərib. Mövsümü A seriyasında 5-ci yerdə başa vuran “Milan” Avropa Liqasında oynayacaq.
Qeyd edək ki, Alleqri kimi baş direktor Corco Furlani, idman direktoru İqli Tare və texniki direktor Ceffri Monkada da istefaya göndərilib.