''Borussiya'' türkiyəli oyunçu ilə rəsmən vidalaşdı

26.05.2026 10:56 13
Dünya futbolu
Dortmund ''Borussiya''sında gözlənilən ayrılıq rəsmən açıqlanıb. Son mövsümü bundesliqada 2-ci pillədə başa vuran ''arılar'' Türkiyə yığmasının üzvü Salih Özcan ilə vidalaşıb.

Klubun rəsmi vida açıqlamasında bunlar qeyd olunub:

''Borussiya''ya 4 il ərzində əmək verdiyi üçün Salih Özcana təşəkkür edirik. Ona karyerasının sonrakı hissəsində uğurlar arzulayırıq''.

Əslində Salihin Dortmunddan ayrılacağı çoxdan bəlli idi. Mövsümün gedişində ''Borussiya''nın ona yeni müqavilə təklif etməyəcəyi ilə bağlı bir çox xəbərlər ortaya çıxmışdı.

Maraqlıdı ki, buna baxmayaraq 27 yaşlı futbolçu indiyə qədər də özünə yeni klub tapmayıb. Halbuki ona ciddi təkliflər var. Xüsusilə İstanbulun iki nəhəngi - ''Qalatasaray''la ''Beşiktaş'' bu futbolçuya uzun müddətdi, maraq göstərir. Artıq sərbəst futbolçu statusunda olan Özcanın karyerasını Türkiyədə davam etdirəcəyi gözlənilir. Amma onun yeni klubunun adına böyük ehtimalla dünya çempionatından sonra aydınlıq gələcək.

2022-dən ''Borussiya''da olan və arada qısa müddət ''Volfsburq''da icarə əsasında çıxış edən Salih Özcan Dortmund karyerasını qolsuz və titulsuz başa vurdu. O, bu klubda iştirak etdiyi 96 rəsmi oyunda aktivinə yalnız 2 məhsuldar ötürmə yaza bildi.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul