Millimiz Cənubi Kiprə də uduzdu... - AÇ

2.12.2024 15:12 2 149
Ölkə futbolu
19 yaşadək qadın futbolçulardan ibarət millimiz Avropa çempionatının seçmə mərhələsində Cənubi Kiprə məğlub olub.

"Football-plus.az" xəbər verir ki, yığma B Liqasının 5-ci qrupunun son matçında 0:3 hesabı ilə uduzub.

Qarşılaşma Cənubi Kiprin Pafos şəhərindəki “Peyia Municipal” stadionunda keçirilib.

Qeyd edək ki, Həbib Ağayevin baş məşqçisi olduğu komanda buna qədər qrupda İsveçrə yığmasına 0:8, Estoniyaya isə 0:3 hesabı ilə məğlub olub.