Anri: “Assistentlik indi mənim istədiyim iş deyil”

21.02.2023 22:15 229
Dünya futbolu
Tyerri Anri bundan sonrakı karyerası ilə bağlı açıqlama verib.

Football-plus.az xəbər verir ki, Belçika yığmasının baş məşqçisi Roberto Martinesin istefasından sonra işsiz qalan fransalı mütəxəssis ABŞ-nin “CBS Sports” telekanalının canlı efirinə bu haqda belə deyib:
“Bu haqda danışmaq çətindi. Roberto Martines bundan sonra Portuqaliya yığmasını çalışdıracaq. Mən yenidən onun köməkçisi olmaq istəmirəm. Assistentlik indi mənim istədiyim iş deyil. ABŞ yığmasına başçılıq etmək şansım nə qədərdi? Bəs siz hansı layihəyə maliksiniz. Fəlsəfə nədən ibarətdi? Növbəti dünya çempionatının təşkilatçılarından olacaqsınız, amma bu, komandanızın böyük turnirdə çox da qabağa gedəcəyi anlamına gəlməyəcək”.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul