Ukrayna yığmasının yeni baş məşqçisi məlum olub. Milli komandanı Sergey Rebrov çalışdıracaq.
"Football-plus.az" xəbər verir ki, tanınmış insayder Fabritsio Romanonun sosial şəbəkə hesabı vasitəsilə yaydığı məlumatda Rebrovun Ukrayna Futbol Assosiasiyası ilə razılığa gəldiyi və ilkin müqavilə bağladığı bildirilib. 48 yaşlı mütəxəssis hazırda Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Əyn” klubunu çalışdırır. Ukrayna millisinə isə müvəqqəti U-21 yığmasının baş məşqçisi Ruslan Rotan başçılıq edir.
Qeyd edək ki, Rebrov 1992-2006-cı illərdə Ukrayna yığmasında çıxış edib. Sabiq hücumçu milli formada 75 oyuna 15 qol vurub. Onun ölkənin əsas komandasında 2010-11-ci illərdə baş məqşinin köməkçisi olduğunu da xatırladaq.