Bu gün 2-ci liqada mükafatlandırma mərasimi keçiriləcək

22.05.2025 12:59 2
Ölkə futbolu
Bu gün 2-ci liqada 2024/25 mövsümünün mükafatlandırma mərasimi keçiriləcək.

"Football-plus.az" xəbər verir ki, Binə qəsəbə stadionunda, saat 16.00-da başlayacaq mərasimdə liqada qızıl, gümüş və bürünc mükafatçılar təltif olunacaq, qalibə kubok təqdim ediləcək.

Həmçinin mövsümün bombardirinə mükafat veriləcək.

Xatırladaq ki, 2-ci liqanın qalibi "Şahdağ Qusar", gümüş mükafatçısı "Şəfa", bürünc mükafatçısı isə "Şimal" olub.