Karateçilərimiz beynəlxalq turnirdə 2 medal qazandı

26.10.2025 23:35 19
İdman
Azərbaycan karateçiləri Gürcüstanın Batumi şəhərində keçirilən beynəlxalq turnirdə 2 medal qazanıblar.

"Football-plus.az" Azərbaycan Karate Federasiyasının (AKF) mətbuat xidmətinə istinadən xəbər verir ki, kyokşin karate üzrə yarışda AKF-nin kontakt üslubları üzrə vitse-prezidenti Allahverdi Rüstəmovun, baş məşqçi Anar Cəfərovun rəhbərliyi altında yeniyetmələrdən ibarət komanda iştirak edib.

Turnirdə Azərbaycan 11 idmançı ilə təmsil olunub. Kənan Həkimzadə gümüş, Məhəmməd Əliyev isə bürünc medal qazanıb. Qeyd edək ki, yarışda 15 ölkədən 450-dən çox idmançı mübarizə aparıb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul