Bədii gimnastlarımız beynəlxalq turnirdə 30 medal qazanıblar

13.06.2023 17:11 235
İdman
Azərbaycanın bədii gimnastları Monteneqronun Budva şəhərində keçirilmiş "Montenegro Cup" beynəlxalq turnirində 30 medal qazanıblar.

"Football-plus.az" xəbər verir ki,, yarışda ölkəni “Ocaq Sport” Klubunun, İxtisaslaşdırılmış Uşaq-Gənclər Olimpiya Ehtiyatları Gimnastika Məktəbinin (Bakı Gimnastika Məktəbi) və Respublika Kompleks İdman Məktəbinin (RKİM) gimnastları uğurla təmsil ediblər.

BGM idmançıları ümumilikdə 9 qızıl, 6 gümüş və 4 bürünc əldə ediblər. Məktəbin yetirmələrindən Nuray Qasımzadə (top), Melisa Həsənli (top), Amina Novruzova (çoxnövçülük, alətsiz, top, gürzlər), Hülya Namazlı (top), Ləman Qədimova (gürzlər), Selin Qasımlı (gürzlər) bütün rəqiblərini üstələyərək qızıl medallara layiq görülüblər. Melisa Həsənli (gürzlər, çoxnövçülük), Zəhra Qasımlı (alətsiz, top), Ayan Nəsirova (top, gürzlər) gümüş, Zəhra Qasımlı (halqa, çoxnövçülük), Mədinə Hüseynova (çoxnövçülük, gürzlər) bürünc medallara sahib çıxıblar.

“Ocaq Sport” klubunun təmsilçilərinin bu yarışda qazancı 8 qızıl, 1 gümüş medal olub.

Fatimə Həsənova (çoxnövçülük, alətsiz, top), Selin Yusifova (gürzlər), Gültəkin Vəliyeva (alətsiz), Məryəm Baloğlanova (çoxnövçülük, alətsiz, halqa) birinci, Məryəm Baloğlanova isə topla hərəkətlərin icrasında ikinci yeri tutub.

RKİM gimnastı Nur Sadıqova halqa ilə qızıl, gürzlər isə bürünc medal qazanıb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul