Karateçilərimiz Polşadan 8 medalla qayıtdı

27.10.2025 16:11 5
İdman
Karateçilərimiz Polşanın Bedzin şəhərində keçirilən 32-ci "SKDUN Shotokan Karate" üzrə dünya çempionatı və 17-ci Dünya Kubokunda səkkiz medal qazanıblar.

"Football-plus.az" Azərbaycan Karate Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, müxtəlif yaş və çəki dərəcələrində mübarizə aparan təmsilçilərimiz iki qızıl, iki gümüş və dörd bürünc mükafat əldə ediblər.

Dünya çempionatında Cəlal Şükürov (10–11 yaş, 40 kq) və Mehdi Abdullayev (10–11 yaş, +40 kq) 1-ci, Alişan Əzizov (18–20 yaş, 70 kq), Ələddin Əzizov (55–59 yaş, Veteran Open) 2-ci, Zəki Cəfərzadə (18–20 yaş, +80 kq), Heydər Feyziyev (12–13 yaş, 58 kq) üçüncü yeri tutub. Dünya Kubokunda isə Zaman Musayev (7–9 yaş, 30 kq) və Murad Bayramov (7–9 yaş, 30 kq) bürünc medal qazanıblar.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul