AFFA-nın təlimatçıları Faiq Əzizov, Üzeyir İbrahimov və Vitaliy Kovalyov Polşanın Qdansk şəhərində keçirilən qapıçılar üzrə məşqçilərin seminarına qatılıblar.
"Football-plus.az" xəbər verir ki, təlimatçılar üçün nəzərdə tutulan seminar UEFA-nın təşkilatçılığı ilə baş tutur.
Faiq Əzizov, Üzeyir İbrahimov və Vitaliy Kovalyov aprelin 6-dək davam edəcək toplantıda iştirak edirlər.