UEFA A kursuna start verildi

2.06.2025 20:51 16
Ölkə futbolu
AFFA-nın təşkilatçılığı ilə Təhsil və Reabilitasiya Mərkəzində qapıçılar üzrə məşqçilər üçün UEFA-nın A kateqoriyalı məşqçi kursunun 1-ci mərhələsi keçirilib.

"Football-plus.az" xəbər verir ki, iki gün çəkən məşğələlərə təlimatçı Faiq Əzizov rəhbərlik edib.

Tədbirin ilk günündə AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə və təhsil şöbəsinin rəhbəri Aslan Kərimov da iştirak edib.

Qeyd edək ki, kurs fasilələrlə 1 il dəvam edəcək.