“Red Bull”un rəhbəri Kristian Horner bu komandanın pilotu Maks Ferstappenlə bağlı maraqlı açıqlama verib:
“Heç vaxt “heç vaxt” demə. Pilot hardasa çıxış etmək istəmirsə, başqa bir yerə gedəcək. Ancaq mən kiminsə bizim komandadan getməsi üçün heç bir səbəb görmürəm. Düşünürəm ki, Ferstappen ciddi dəstəklə əhatə olunub, o da əla maşınla yaxşı işlər görür. Həyatda olduğu kimi, burda da kimisə yalnız bir neçə vərəqə görə hardasa qalmağa məcbur edə bilməzsən. Kimsə bu komandada qalmaq istəmirsə, biz onu iradəsinin ziddinə saxlamaq fikrində deyilik”.
Ferstappen yeni mövsümün ilk iki mərhələsində finişə hamıdan tez çatıb. Niderlandlı son üç dünya çempionatının qalibidi. Maksın atası Yos Ferstappen bir neçə gün əvvəl cinsi qısnama ittihamı ilə üzləşən Horneri “Red Bull”dan istefa verməyə çağırmışdı.