Kristian Kivu hazırkı komandasında daha uzun müddət işləmək şansına malikdi.
"Football-plus.az" xəbər verir ki, o, “İnter”in yeni müqavilə təklifini qəbul edib. Rumıniyalı baş məşqçinin tezliklə “2+1 il” sxemi üzrə müqaviləni imzalaması gözlənilir. Rəhbərlik onun illik maaşını da artırmağı lazım bilib.
Kivu “İnter”i ötən ilin yayından çalışdırır. Komanda hazırda İtaliya çempionatında liderdi.