Cüdo millimizin heyəti açıqlandı - SİYAHI

7.05.2025 21:07 1
İdman
Qadınlardan ibarət cüdo millimizin Qazaxıstanın paytaxtı Astanada keçiriləcək "Böyük Dəbilqə" turnirində iştirak edəcək heyəti açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyasının təqviminə əsasən, 9–11 may tarixlərində baş tutacaq yarışda yığma böyük məşqçi Saşa Herkenrat-Vimarın başçılığı altında 3 çəki dərəcəsində 3 cüdoçu ilə təmsil olunacaq.

Qeyd edək ki, üç gün davam edəcək yarışda 47 ölkədən 397 idmançı (222 kişi, 175 qadın) iştirak edəcək.

Qadınlar
-48 kq

Könül Əliyeva

-52 kq
Gültac Məmmədəliyeva

-57 kq
Fidan Əlizadə