"Nəriman komandamıza yeni nəfəs gətirəcək"

10.02.2026 23:04 39
Ölkə futbolu
ABŞ təmsilçisi “Kolumbus Kyru” Nəriman Axundzadədən böyük gözləntilər içindədi.

"Football-plus.az" xəbər verir ki, bunu klubun baş meneceri İssa Toll açıqlayıb. O, “Qarabağ”dan transfer olunan gənc futbolçu ilə bağlı fikirlərini bölüşüb:

“Nəriman komandamıza yeni nəfəs gətirəcək. Onun texnikası və meydanda göstərdiyi yüksək enerji bizim oyun fəlsəfəmizə tam uyğundur. O, fərqli xüsusiyyətləri ilə kollektivə əlavə dəyər qatacaq”.

Toll qeyd edib ki, Axundzadə gənc yaşına baxmayaraq artıq həm ölkə çempionatında, həm Avropa arenasında, həm də milli komandada ciddi təcrübə toplayıb:

“Onu "Kolumbus"da görməkdən çox məmnunuq. Klubumuzda necə inkişaf edəcəyini böyük maraqla izləyəcəyik”.

Xatırladaq ki, Nəriman “Kolumbus Kryu” ilə 2029-cu ilin iyununa qədər qüvvədə olacaq müqaviləyə imza atıb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul