“Avrokuboklara vəsiqədən qopduğumuzu demək olmaz” – Vadar Nuriyev

11.04.2026 22:42
Ölkə futbolu / Manşet
Misli premyer-liqasının 27-ci turunda “Araz-Naxçıvan” səfərdə “Neftçi”yə məğlub oldu - 1:2.

“Football-plus.az” xəbər verir ki, oyunsonrası mətbuat konfransında qonaqların məşqçisi Vadar Nuriyev media önünə çıxıb.

- Yaxşı hazırlaşmışdıq. Final oyunu kimi çıxmışdıq. Əvəzetmələrdən sonra qol da vurduq. Udmaq istəyirdik.

- Dediz ki, final oyunu kimi çıxmışdıq. Bu finalda uduzduz. Artıq “qatar getdi”?
- Deməzdim. 6 oyunumuz var. Başqa oyunlar da var. Avrokuboklara vəsiqədən qopduğumuzu demək olmaz. Bunu sonda demək olar.

- Bəxtiniz gətirdi ki, hesab 3:0, 4:0 olmadı. Niyə bu qədər epizod verdiz?
- Paro cinah oyunçusu deyil. Bruno Frankonun ayağında sınıq var. O olsaydı, başqa cür olardı.

- Paro “Karvan-Yevlax”la oyunda cinahda oynamışdı. Belə təcrübəsi var axı.
- “Karvan-Yevlax”la “Neftçi”ni müqayisə etməyin. “Neftçi”nin səviyyəsi başqadı.

MÜZƏFFƏR QULUZADƏ