“Araz-Naxçıvan”a 2-3 qol vurmaq çətindi” – Fizuli Məmmədov

13.03.2026 21:06 28
Ölkə futbolu / Manşet
Misli premyer-liqasının 24-cü turunun açılış qarşılaşmasında “Karvan-Yevlax” səfərdə “Araz-Naxçıvan”a məğlub oldu - 1:2.

“Football-plus.az” xəbər verir ki, qonaqların baş məşqçisi Fizuli Məmmədov oyundan sonra jurnalistlər önünə çıxıb.

- Son iki oyundakı heç-heçənin ardından bu matçda da məğlub olmamaq, qələbə qazanmaq istəyirdik. İlk hissədə iki səhv buraxdıq. Bir qol vursaq da, ikinci çətin oldu. Oyunu çevirə bilmədik.

- Növbəti qolları vurmağa nə çatmadı?
- “Araz-Naxçıvan”a 2-3 qol vurmaq çətindi. Birinci qoldan sonra qeyri-dəqiq qərarlar oldu. Çətindi də.

- Spensi niyə əvəzlədiz?
- Yorulmuşdu, hiss etdim. Yormaq istəmədim.

MÜZƏFFƏR QULUZADƏ