Misli premyer-liqasının 7-ci turunda “Karvan-Yevlax” “Sabah”ı qəbul etdi.
Yevlax klubu nominal ev sahibi olsa da, bu oyunda, demək olar ki, azarkeşləri tribunada görünmədi. Əvvəlki oyunlara mütəşəkkil halda, avtobus tutmaqla gələn azarkeşlər bu dəfə Şamaxıya gəlmədi. Əslində 6-cı turda səfərdə “Neftçi”dən bir xal qoparan Yevlax təmsilçisinin bu oyunda xeyli azarkeşinin olacağı ilə bağlı təxminlər var idi. Lakin olmadı.
Bunun səbəbinin klubun mətbuat katibi Bəhruz Musayevdən soruşduq. O hələ ki komandanın azarkeşlərinin fanklub şəklində birləşmədiyini, dağınıq olduğunu bildirdi. Komanda Yevlaxa köçəndən sonra fanklub yaradılması nəzərdə tutulur.
MÜZƏFFƏR QULUZADƏ