Çempionlar Liqasının “Real” ilə oyunu Manuel Noyer üçün əlamətdar olub.
"Football-plus.az" xəbər verir ki, Madriddə 2:1 hesabıyla qalib gələn “Bavariya”nın qapıçısı turnirdə bu komandanın start heyətində 136-cı dəfə meydana çıxıb. 40 yaşlı Manuel bununla “Barselona”ın sabiq hücumçusu Lionel Messiyə çatıb. Noyer “Bavariya”da 2011-ci ildən çıxış edir.
Çempionlar Liqasında bir komandanın start heyətində ən çox oyun keçirən futbolçu İker Kasilyasdı. İspaniya yığmasının keçmiş qapıçısı “Real”ın formasında ilk dəqiqələrdən 149 oyun keçirib.
Çempionlar Liqasında Messiyə çatdı
Dünya futbolu






