Rekorda şərik oldu

6.10.2025 17:27 15
Dünya futbolu
Manuel Noyer bundesliqada rekorda şərik olub.

"Football-plus.az" xəbər verir ki, “Bavariya”nın qapıçısı “Ayntraxt”ı məğlub etdikləri (3:0) 6-cı turun oyunundan sonra bundesliqadakı qələbə sayında sabiq komanda yoldaşı Tomas Müllərə çatıb. Bu, Manuelin 529-cu oyunu, 362-ci qələbəsi olub.

Bu planda 3-cü yeri 557 matçda 310 qələbə ilə “Bavariya”nın sabiq qapıçısı Oliver Kan tutur.