Süleyman Ələkbərov Qazaxıstanda "bürünc" qazandı

8.04.2026 16:09
İdman
Azərbaycan velosipedçisi Süleyman Ələkbərov Qazaxıstanda keçirilən "Road Race 2026" turnirində uğurla çıxış edib.

"Football-plus.az" xəbər verir ki, təmsilçimiz yarışda bürünc medal qazanıb.

Şose velosipedi üzrə U-23 yığmamızın üzvü Almatı şəhərində baş tutan və 130 idmançının mübarizə apardığı birincilikdə fəxri kürsüyə 25 km-lik fərdi ötüşmə növündə qalxıb.