Boksçumuzdan Qazaxıstanda bürünc medal

6.06.2025 15:36 24
İdman
Qazaxıstanın Türküstan şəhərində gənc boksçular arasında keçirilən beynəlxalq turnirə yekun vurulub.

"Football-plus.az" xəbər verir ki, millimiz yarışı 1 medalla başa vurub.

Komandamızın heyətində Hikmət Məmmədov (50 kq) fəxri kürsüyə yüksəlib. O, yarışda bürünc medal qazanıb.