Cüdoçumuz İspaniya Kubokunda "bürünc" qazandı

18.08.2025 13:19 5
İdman
İspaniyanın Valensiya şəhərində cüdo üzrə böyüklər arasında İspaniya Kuboku keçirilib.

"Football-plus.az" xəbər verir ki, millimizin cüdoçusu Könül Əliyeva fərdi yarışda fəxri kürsüyə qalxıb. 48 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz bürünc medal qazanıb.

Qeyd edək ki, beynəlxalq turnirdə 35-dən çox ölkədən 300-dən artıq idmançı mübarizə aparıb.