Şayiələrə son qoydu

7.04.2026 17:54 63
Dünya futbolu
Harri Maquayr özü ilə bağlı şayiələrə son qoyub.

"Football-plus.az" xəbər verir ki, o, “Mançester Yunayted”lə yeni müqavilə imzalayıb. İngiltərə klubunun mətbuat xidmətinin məlumatına görə, 33 yaşlı müdafiəçi ilə müqavilə “1+1 il” sxemi üzrə reallaşıb.

Maquayr komandada 2019-cu ildən çıxış edir. O, həmin vaxtdan indiyədək MY ilə 266 oyunda meydana çıxıb, İngiltərə Liqa kubokunu və ölkə kubokunu qazanıb.