Klubunda hamını arxada qoydu

17.12.2023 22:31 150
Dünya futbolu
“Mançester Yunayted”də noyabrın ən yaxşı futbolçusu müəyyənləşib.

“Football-plus.az” xəbər verir ki, klubun rəsmi saytının məlumatına görə, Harri Maquayr bütün oyundaşlarını arxada qoyub. 30 yaşlı müdafiəçi noyabrda İngiltərə premyer-liqasında “Fulhem” (1:0), “Luton Taun” (1:0) və “Everton”a (3:0) qalib gəldikləri matçlarda iştirak edib.

Maquayr bu mövsüm komandada bütün turnirlərdə 17 matçda oynayıb, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.