Mövsümün sonunda MY-dən ayrıla bilər

20.10.2025 00:03 7
Dünya futbolu
Harri Maquayr mövsümün sonunda “Mançester Yunayted”dən ayrıla bilər.

İngiltərə mətbuatının məlumatına görə, klub rəhbərliyi 32 yaşlı oyunçu üçün sərfəli təklif gələrsə, onu satmaqdan çəkinməyəcək.

Maquayr “Mançester Yunayted”də 2019-cu ildən çıxış edir. Onun klubla müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdi.