Yeni təklifi qəbul etdi

4.04.2026 12:51 53
Dünya futbolu
Mario Götse klubunun yeni təklifini qəbul edib.

"Football-plus.az" xəbər verir ki, təcrübəli futbolçu “Ayntraxt” ilə müqaviləsini yeniləyib.

Frankfurt klubunun mətbuat xidmətinin məlumatına görə, 33 yaşlı yarımmüdafiəçinin yeni müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdi.

Mario bu mövsüm “Ayntraxt”da 26 oyun keçirib və 2 məhsuldar ötürmə edib.