Rəhbərliyin təklifini qəbul etdi

2.03.2026 20:33 24
Dünya futbolu
Kalidu Kulibali rəhbərliyin yeni təklifini qəbul edib.

"Football-plus.az" xəbər verir ki, “Əl-Hilal” müdafiəçinin müqaviləsinin müddətini uzadıb.

Səudiyyə Ərəbistanı klubunun mətbuat xidmətinin məlumatına görə, Seneqal yığmasının oyunçusu ilə yeni müqavilənin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

“Əl-Hilal” Kalidunu 2023-cü ilin yayında “Çelsi”dən transfer edib. 34 yaşlı mərkəz müdafiəçisi bu mövsüm 17 oyuna 1 qol vurub və 2 məhsuldar ötürmə edib.