Millimizin oyununun vaxtı dəyişdirildi

27.03.2026 18:50
Ölkə futbolu
Hava şəraiti və yollarda sıxlığın yaranması ilə əlaqədar “FIFA Series – 2026” beynəlxalq turniri çərçivəsində keçiriləcək Azərbaycan – Sent Lüsiya oyununun başlanma saatında dəyişiklik edilib.

"Football-plus.az" xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq qarşılaşmaya FIFA ilə razılığa əsasən, saat 19.10-da start veriləcək.