Millimizin oyununun biletləri satışda

11.03.2026 16:27 40
Ölkə futbolu
Ölkəmizdə keçiriləcək “FİFA Series – 2026”nın oyunlarına biletlər satışa çıxarılıb.

"Football-plus.az" xəbər verir ki, bu haqda AFFA-nın saytı məlumat yayıb.

Azərbaycan, Oman, Syerra Leone və Sent Lüsiya millilərinin iştirakı ilə keçiriləcək turnirin martın 27-də baş tutacaq ilk matçlarına bilet satışı https://iticket.az/ vasitəsi ilə həyata keçirilir.

Sayt vasitəsilə həm "Dalğa Arena"da keçiriləcək Oman – Syerra Leone (15.00) görüşünə, həm də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq Azərbaycan – Sent Lüsiya (19.00) oyununa bilet almaq mümkündü.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul