Nərgiz İsmayılova ÇL-nin 1/4 final mərhələsinə təyinat aldı

25.03.2026 14:19 12
İdman
Mütəxəssis Nərgiz İsmayılova Avropa Voleybol Konfederasiyasından (CEV) təyinat alıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.

İsmayılova kişilər arasında Çempionlar Liqasının 1/4 final mərhələsində İtaliyanın “Kuçine Lube” və Polşanın “Aluron” komandalarının qarşılaşmasında supervayzer kimi iştirak edəcək.

Bu gün İtaliyada baş tutacaq qarşılaşmanın hakimləri portuqaliyalı Rikardu Ferreyra və yunanıstanlı Vasileios Vasileiadis olacaq.