Məhəmməd Salah mövsüm bitəndən sonra “Liverpul”dan ayrılacaq. 33 yaşlı misirli vinger bu qərarını bir saat əvvəl sosial şəbəkə hesabında yaydığı videomüraciətdə açıqlayıb.
“Football-plus.az” xatırladır ki, Salah 2017-ci ilin yayından bəri “Liverpul”un şərəfini qoruyur. O, mersisaydlıların heyətindı keçirdiyi 435 oyunda 255 qol vurub, iki dəfə İngiltərə çempionu, bir dəfə Çempionlar Liqasının qalibi olub, ümumilikdə 9 titul qazanıb.