“Barselona”nın seriyası 39 oyuna çatdı

24.03.2026 12:15
Dünya futbolu
“Barselona” evdəki seriyasını davam etdirib.

"Football-plus.az" xəbər verir ki, La Liqanın lideri 29-cu turda “Rayo Valyekano”nu 1:0 hesabı ilə məğlub edib. “Barselona” bütün turnirlər nəzərə alınmaqla öz meydanında keçirdiyi son 39 oyunda rəqib qapısına yol tapmağı bacarıb (124 qol).

Bu, kataloniyalıların doğma arenada 2018-ci ilin fevralından 2019-cu ilin oktyabrına qədər Ernesto Valverdenin rəhbərliyi altında qeydə alınan 45 matçlıq qol seriyasından (135 qol) sonra ən yaxşı göstəricisidi.

Əlavə edək ki, “Barselona” İspaniyadan 2026/27 mövsümü üçün Çempionlar Liqasına vəsiqə qazanan ilk komanda olub.