• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Neymar dünya çempionatına aparılmayacaq? - Ançelotti onu yenə siyahıya salmadı

Dünya futbolu

23-03-2026, 21:0

“Santos”un hücumçusu Neymar milli komandanın Fransa və Xorvatiya ilə yazdakı yoldaşlıq oyunları üçün açıqlanan heyətə salınmayıb. Yığmanın baş məşqçisi Karlo Ançelotti vingerin hələ ki optimal formadan uzaq olduğunu bildirib.

"Football-plus.az" xəbər verir ki, “Santos”un zədəyəmeyilli ulduzu yaxınlarda bərpa prosesini başa çatdırıb, hətta komandasının heyətində 4 oyuna da çıxıb. Düzdü, bacısının doğum günü ilə üst-üstə düşdüyünə görə “Mirassol”la oyunu buraxıb. “Korintians”la oyunda (1:1) 90 dəqiqə meydanda olan Neymar jurnalistlərlə söhbətdə yığma mövzusuna da toxunub:

“Sabah heyəti elan edəcəklər? Çağrılıb-çağrılmamağımdan asılı olmayaraq, həmişə Braziliya yığmasını dəstəkləyəcəm”.

Neymar milli komandaya sonuncu dəfə 2023-ün noyabrında dəvət olunub. Azarkeşlər məşqçi korpusunun ona dünya çempionatı ərəfəsində özünü göstərmək şansı verəcəyini gözləyirdi. Xatırladaq ki, Fransa ilə oyun martın 26-da, Xorvatiya ilə oyun aprelin 1-də keçiriləcək. Xüsusən də yaxınlarda xaçvari bağlarını qıran “Real”ın oyunçusu Rodriqonun ciddi zədəsi fonunda Neymarla bağlı gözləntilərin əsası var idi. Ancaq belə olmadı – Braziliya Futbol Konfederasiyasının (CFB) martın 16-da açıqladığı siyahıda vingerə yer tapılmadı.

Ançelotti mətbuat konfransında onunla bağlı suala cavab verdi:

“Neymar 100 faiz formada olsa, dünya çempionatına gedə bilər. İndi onu çağırmadım, çünki optimal kondisiyalarından uzaqdı, bizə isə imkanlarının zirvəsində olan oyunçular lazımdı. Neymar yenə çalışmalı, oynamalı, keyfiyyətlərini göstərməli və yaxşı fiziki forma yığmalıdı”.

Xatırladaq ki, Neymar Braziliya yığmasının bombardiridi – 128 oyunda 79 qol vurub. 2023-cü ildə yığmanın heyətində Uruqvayla oyunda (0:2) ciddi zədə alandan sonra bir ildən artıq müalicə olunub. 2025-ci ildə yığmanın o vaxtkı çalışdırıcısı Dorival Junior onu Kolumbiya və Argentina ilə seçmə oyunlara çağırsa da, növbəti zədə üzündən komandaya qoşula bilməyib. Dorivalı əvəz edən Ançelotti isə onu hələ genişləndirilmiş siyahıda belə görmür.

İtaliyalı mütəxəssis 26 nəfərlik siyahı haqda ümumi fikirlərini də bölüşüb:

“Bu siyahıda yer alanlardan 17-18-nin mundialda iştirak edəcəyi dəqiqdi. Komandanın yetərincə dəqiq strukturu var: hücumla bağlı variant çoxdu, yarımmüdafiədə variantların sayı bir qədər azdı, cinahlarda isə daha azdı. Bu üzdən heyətə Danilo və Qabriel Sara kimi hələ yaxşı tanımadığım iki yarımmüdafiəçini da saldım, belə keyfiyyətlərə malik futbolçular bizə lazımdı. Mərkəz müdafiəçiləri, xavbeklər, həmçinin hücum xətti ilə bağlı şübhələrimiz var. Bundan başqa, mümkün zədələri də nəzərə almaq lazımdı: Avropada mövsüm yetərincə gərgin keçir, yaxşı formada olmalı, bütün futbolçuların inkişafına çalışmalıyıq”.

Don Karlo bir məqamı da vurğulayıb ki, yekun siyahı dəyişə bilər:

“DÇ üçün heyət seçiminin yekunlaşdığını deməzdim. Dəyərləndirm prosesi fasiləsiz gedir. Bu gün heyətə düşməyənlər iştirak ərizəsinin son variantında ola bilər. Bu siyahıda olmayan futbolçular yaxşı oynamalı, inadla işləməli, DÇ-yə kökləndiyini göstərməlidi”.

Yığmanın məşqçi korpusunu inandırmaq üçün Neymarın üç aydan az vaxtı var. Xatırladaq ki, builki dünya çempionatı iyunun 11-də start götürəcək. Braziliya C qrupunda Mərakeş, Haiti və Şotlandiya ilə mübarizə aparacaq.

Yeri gəlmişkən...
Ançelottinin yoldaşlıq oyunları üçün açıqladığı heyət: qapıçılar – Alisson Bekker (Liverpul, İngiltərə), Bento (Əl-Nəssr, Səudiyyə Ərəbistanı), Ederson Moraes (Fənərbaxça, Türkiyə); müdafiəçilər – Aleks Sandro, Danilo Luis da Silva, Leo Pereyra (hamısı “Flamenqo”), Bremer (Yuventus, İtaliya), Duqlas Santos (Zenit, Rusiya), Qabriel Maqalyayns (Arsenal, İngiltərə), Rojer İbanyes (Əl-Əhli, Səudiyyə Ərəbistanı), Markinyos (PSJ, Fransa), Uesli Fransa (Roma, İtaliya); yarımmüdafiəçilər – Andrey Santos (Çelsi, İngiltərə), Kazemiro (Mançester Yunayted, İngiltərə), Danilo (Botafoqo), Fabinyo (Əl-İttihad, Səudiyyə Ərəbistanı), Qabriel Sara (Qalatasaray, Türkiyə); hücumçular – Endrik (Lion, Fransa), Qabriel Martinelli (Arsenal, İngiltərə), İqor Tyaqo (Brentford, İngiltərə), Luis Enrike (Zenit, Rusiya), Mateus Kunya (Mançester Yunayted, İngiltərə), Rafinya (Barselona, İspaniya), Rayan (Bornmut, İngiltərə), Vinisius Junior (Real, İspaniya), Joao Pedro (Çelsi, İngiltərə).

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

16-03-2026, 14:0

Neymar ilkin heyətə salındı

Dünya futbolu

9-03-2026, 21:0

Neymar dekabrı nişan verdi

Dünya futbolu

26-12-2024, 20:0

Neymar iddiaya reaksiya verdi

Dünya futbolu

27-07-2025, 18:0

Neymar 1,5 milyon dollarlıq maşın aldı!

Dünya futbolu

24-02-2025, 10:0

Neymar “Santos”da qol sevinci yaşadı

Dünya futbolu

9-12-2025, 23:0

Neymar risk etmək istəyir

Aktual
“Müsabiqəyə maraq yetərincə böyükdü” – “İmişli”nin mətbuat katibi
“Partizan” meydanda üstün tərəf idi, rəqibdən daha yaradıcı oyun nümayiş etdirdi” – serblər özünə tərif yağdırdı
“Kəpəz” doğma şəhərə nə vaxt dönəcək?
"Qarabağ" ölkə futbolunun ən bahalı satışını reallaşdırır! - bu oyunçu gedir
“Sabahkı matçda rəqibə sürpriz hazırlamışıq” - Komnen Andriç
"Nyu Seynts"i məğlub etmək məsələsi sual altındadı" - Diniyev "Sabah"ın şansını dəyərləndirdi
Son xəbərlər
  • Bu gün, 15:07
    "İmişli"dən növbəti transfer
  • Bu gün, 14:55
    ''Qalatasaray'' transferlərin gecikməsi ənənəsi bu yay da davam edəcək
  • Bu gün, 14:00
    “Müsabiqəyə maraq yetərincə böyükdü” – “İmişli”nin mətbuat katibi
  • Bu gün, 13:35
    “Partizan” meydanda üstün tərəf idi, rəqibdən daha yaradıcı oyun nümayiş etdirdi” – serblər özünə tərif yağdırdı
  • Bu gün, 13:10
    “Kəpəz” doğma şəhərə nə vaxt dönəcək?
  • Bu gün, 12:50
    “Sabah” UEFA reytinqində əmsalımızı artırdı
  • Bu gün, 12:25
    "İmişli" Bəxtiyarı transfer etdi
  • Bu gün, 11:54
    ''Fənərbaxça'' tarixinin ən bahalı transferini tamamladı?
  • Bu gün, 11:23
    Klubunda hamını arxada qoydu
  • Bu gün, 11:02
    Futbol hoqqabazlığı sevmir və bağışlamır!
  • Bu gün, 10:31
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 10:00
    Fərid Nəbiyev "İmişli"də
  • Bu gün, 07:48
    1/4 final cütləri müəyyənləşdi - DÇ gecəsi
  • Dünən, 23:49
    "Sabah"ın potensial rəqiblərinin matçında da iki qol, bir "qırmızı"
  • Dünən, 23:24
    "Komandamdan daha çox qol gözləyirdim" - Valdas Dambrauskas
  • Dünən, 23:01
    Messi də 1/4 finalda oynayacaq! - DÇ gecəsi
  • Dünən, 22:24
    "Evdə daha güclü komandalara qarşı yaxşı nəticələr qazanmışıq" - "Nyu Seynts"in baş məşqçisi
  • Dünən, 22:06
    "Qarabağ" ölkə futbolunun ən bahalı satışını reallaşdırır! - bu oyunçu gedir
  • Dünən, 21:59
    "Sabah" Çempionlar Liqasına qələbə ilə başladı - YENİLƏNİB
  • Dünən, 21:17
    "Şəfa"nın hazırlıq planı dəyişdi
  • Dünən, 20:46
    Millimizin rəqibləri məlum oldu - Avropa Kuboku
  • Dünən, 20:15
    Mustafa daha iki il "Araz-Naxçıvan"da
  • Dünən, 19:46
    “İmişli”də yeni məşqçi təyinatı
  • Dünən, 19:00
    “Sabah” - "Nyu Seynts": START HEYƏTLƏRİ
  • Dünən, 18:38
    “Sabahkı matçda rəqibə sürpriz hazırlamışıq” - Komnen Andriç
  • Dünən, 18:20
    “Rəqibi yaxşı təhlil etmişik, Azərbaycan liqasını izləmişik” – almaniyalı çalışdırıcı
  • Dünən, 18:10
    “Qarabağ” yeni formalarını təqdim etdi
  • Dünən, 17:51
    Dünya çempionatında rekordçu oldu
  • Dünən, 17:20
    Rodri Portuqaliyanın hansı futbolçusundan üzr istədi?
  • Dünən, 16:59
    “Hazırlıq üçün az vaxt oldu” - Rəşad Sadıqov
  • Dünən, 16:27
    "Qəbələ"də növbəti ayrılıq
  • Dünən, 16:10
    Premyer-liqanın püşkü nə vaxt atılacaq?
  • Dünən, 15:56
    "Nyu Seynts"i məğlub etmək məsələsi sual altındadı" - Diniyev "Sabah"ın şansını dəyərləndirdi
  • Dünən, 15:42
    ''Fənərbaxça'' tarixinin ən bahalı transferini tamamladı?
  • Dünən, 15:14
    Üç muşketyor başlayır!
Daha çox
Oxunub: 317
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 273
Elvin canını qurtardı, bəs, Abbasın aqibəti necə olacaq? - baş məşqçi açıqladı
Oxunub: 205
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 132
"Neftçi" Varqas düyününü çözə biləcəkmi? - "Makkabi" "ağ-qaralar"ı soymaq istəyir!
Oxunub: 130
Rəşad Sadıqovu sarsıdan hadisə - dərd gələndə batmanla gəlir!
Oxunub: 129
Axırıncı dəfə olsun, Elvin!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə