Şahın yığmada nə işi var? – “çağrılıb ki?”

22.03.2026 21:57 103
Ölkə futbolu / Aktual
Martın 20-də milli komandanın “FİFA Series” turniri üçün heyəti açıqlandı. Ən qəribə qərar isə qapıçı Şahruddin Məhəmmədəliyevin çağrılması oldu.

Şah sonuncu dəfə ötən ilin noyabrında Fransa millisinə qarşı 45 dəqiqə meydanda olub. Ondan bəri zədəlidi. Heç komanda ilə məşqlərə də qatılmır. “Kəpəz”lə oyundan sonra Qurban Qurbanova kiperin milliyə çağrılması ilə bağlı sual verildi və o hamının siyahını görərkən göstərdiyi reaksiyanı verdi: “çağrılıb ki?”

Maraqlıdı ki, qapıçıdan çox qapıçımız var. Ayxan Abbasov başqa mövqelərdə oynayan futbolçuların azlığından şikayət edirdi. Qapıçılar ki çoxdu. Məsələn, Tərlan Əhmədli hazırda Şahdan daha yaxşı formadadı. Son oyunda da komandasının ən yaxşısı idi. Yusif İmanov bir-iki oyunu çıxsaq, qeyri-sabit də olsa, oynayır, o belə Şahruddindən yaxşı vəziyyətdədi. 1-ci liqanın lideri “Şəfa”nın qapıçısı Əlirza Müştəbazadədə də 19 oyunda cəmi 13 qol buraxıb. O da mümkün variant kimi sınanıla bilərdi.

Niyə məhz zədəli, karyerası bitmiş Şahruddin?

MÜZƏFFƏR QULUZADƏ

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul